Tailand-Kamboca qarşıdurması: 15 NƏFƏR HƏLAK OLUB, 46 NƏFƏR YARALANIB
VİDEO

Xəbər verdiyimiz kimi, Tailandla Kamboca qoşunları arasında sərhədin mübahisəli hissəsində toqquşma baş verib.

 

Senzor.az Tailand Səhiyyə Nazirliyinin yaydığı məlumata istinadən bildirir ki, Kambocanın hava hücumu nəticəsində ölkədə 15 nəfər həlak olub, 46 nəfər yaralanıb.

 

Həlak olanların 14-ü mülki şəxs, 1- i isə hərbçidir. Qeyd edək ki, ötən gün 11-12 nəfərin həlak olduğu, 30 nəfərin isə yaralandığı deyilirdi.

 

Nazirlik Kamboca ilə sərhəddən təxliyə edilən mülki əhalinin sayının 138 minə çatdığını da açıqlayıb.

 

Kambocada ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.

 

Xatırladaq ki, iyulun 24-də iki ölkə arasındakı mübahisəli sərhəd ərazisində insident olub. Tailand tərəfi iddia edir ki, kambocalı əsgərlərin ərazidə yaxın vaxtlarda basdırdığı minanın partlaması nəticəsində 5 hərbçi yaralanıb. Tailand Kambocanın bu addımının Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Konvensiyasına (Ottava Konvensiyası) zidd olduğunu bəyan edib. Kamboca isə bu iddiaları rədd edərək, mina insidentinin tailandlı əsgərlərin qarşılıqlı razılaşdırılmış patrul marşrutlarından uzaqlaşması nəticəsində baş verdiyini bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.