Putinlə Makron arasında 5 saatlıq görüş: QARABAĞ DA MÜZAKİRƏ EDİLDİ
YENİLƏNİB, FOTO/VİDEO
Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında Moskvada 5 saatdan artıq davam edən danışıqlardan sonra Kremlin birinci binasının Yekaterina zalında birgə mətbuat konfransı keçirilib.
 
Senzor.az bildirir ki, tədbir zamanı Putin danışıqlarda Qarabağ məsələsinin də müzakirə olunduğunu deyib.

O, Rusiya sülhməramlılarının rolunun yüksək qiymətləndirildiyini, onların atəşkəs rejiminə əməl olunmasına nəzarət etdiklərini və bölgədə dinc həyatın bərqərar olmasına yardım göstərdiklərini vurğulayıb.
 
Həmçinin, Rusiya dövlət başçısı fransalı həmkarının onu Azərbaycan, Ermənistan və Aİ rəhbərlərilə birgə danışıqlarının yekunları barədə məlumatlandırdığını bəyan edib.
 
Fransa Prezidenti Makron da çıxışı zamanı Azərbaycan - Ermənistan münasibətlərinə toxunub.
 
“Biz Azərbaycan və Ermənistan arasındakı münaqişə ətrafında da fikir mübadiləsi apardıq. Sevinirəm ki, bugün səhər saatlarında səkkiz erməni hərbçi Azərbaycan tərəfindən Ermənistana təhvil verilib. Onları bizim tərəfimizdən ayrılan təyyarə İrəvana çatdırıb. Biz ötən cümə videokonfrans vasitəsilə cənab Əliyev və Paşinyanla itkin düşən şəxslər, qaçqınlarla bağlı məsələləri də müzakirə etmişik”, -  deyə o bəyan edib.
 
Makron, həmçinin, rusiyalı hərbçilərin Azərbaycanla Ermənistan arasındakı sərhəddə oynadıqları mühüm rolu da yüksək qiymətləndirib.

**00:48

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında danışıqlar 5 saatdan bir qədər çox davam edib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, liderlər öncə Kremlin birinci binasının nümayəndəliyində təkbətək görüşüb, daha sonra işgüzar şam yeməyi yeyiblər.
 
Yeri gəlmişkən, ziyafət zamanı masanın üzərini nərə balığı steyki, zəncəfil şərbəti, vanilli, dondurmalı və armudlu tort kimi bir sıra qeyri-adi təamlar bəzəyib. Ziyafətin menyusu Rusiya mediası tərəfindən yayılıb. 
Mətbuat konfransı Kremlin birinci binasının Yekaterina zalında keçiriləcək.
 
**20:46(07.02.2022)
 
Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib.
 
“RİA Novosti” xəbər verir ki, Makron təyyarəsi yerə endikdən sonra yarım saata yaxın onu tərk etməyib. 
 
Daha əvvəl o, Putinlə görüşöncəsi nikbin olduğunu, lakin “qəfil möcüzələrə” inanmadığını bildirmişdi.
 
Fransa Prezidentinin sözlərinə görə, onun səfərinin məqsədi Ukrayna ətrafında vəziyyətin pisləşməsinin qarşısını almaqdır. Kreml qeyd edib ki, Ukrayna məsələsi ilə yanaşı, dövlət başçıları təhlükəsizlik təminatı layihələrini də müzakirə edəcəklər.
 
Artıq Vladimir Putin və Emmanuel Makron arasında görüş başlayıb. Danışıqlardan sonra prezidentlər Makron birgə mətbuat konfransı keçirəcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.