Tramp Rusiyaya atəşkəs üçün verdiyi vaxtı 10-12 günə endirdi - VİDEO

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün verdiyi 50 günlük müddəti 10-12 günə endirdiyini bildirib.

 

Senzor.az bildirir ki, bu barədə o, Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşü zamanı deyib.

 

“Mən bu gündən etibarən təxminən 10 və ya 12 günlük yeni son tarix təyin edəcəyəm. Gözləməyə heç bir səbəb yoxdur. Mən xoşniyyətli olmaq istəyirəm, lakin biz heç bir irəliləyiş görmürük”,- deyə Tramp bildirib.

 

O, Rusiyaya ikinci dərəcəli tariflər tətbiq edəcəyini təkrarlayıb.

 

“Biz fikirləşirdik ki, bunu həll etmişik, sonra Prezident Putin Kiyev kimi hansısa şəhərə raketlər atmağa başlayır və qocalar evində çoxlu insanı öldürür, yaxud başqa nə isə edir”,- deyə ABŞ Prezidenti əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.