Astana ilə Ankara ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq barədə razılığa gəldilər - VİDEO

Qazaxıstan öz regionunda ən böyük iqtisadiyyata malikdir və Türkiyənin Mərkəzi Asiyada aparıcı ticarət tərəfdaşıdır. Biz ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq üçün bütün lazımi addımları atırıq.

 

Senzor.az bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu iyulun 29-da Ankarada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Türkiyə lideri xatırladıb ki, hələ 2009-cu ildə Ankara Astananı Türkiyənin strateji tərəfdaşı elan edib, üç il əvvəl isə iki ölkə arasında münasibətlər “genişləndirilmiş strateji tərəfdaşlıq” səviyyəsinə qaldırılıb.

 

Ərdoğan qeyd edib ki, Qazaxıstan iqtisadiyyatına Türkiyə sərmayələrinin həcmi 5 milyard dollara çatıb, Qazaxıstanın Türkiyəyə yatırdığı investisiyalar isə 1,5 milyard dollar həddinə yaxınlaşıb. “Türkiyə inşaat podratçı şirkətləri indiyədək Qazaxıstanda ümumi dəyəri 30 milyard dollar olan 500-dən çox layihə həyata keçirib”, - deyə Ərdoğan bildirib.

 

Dövlət başçısı qeyd edib ki, yüksək səviyyəli danışıqlar zamanı Qazaxıstan neftinin Türkiyə ərazisindən dünya bazarlarına tədarükü mövzusuna da toxunulub. Bundan əlavə, Orta Dəhlizin imkanlarının genişləndirilməsi, müdafiə sənayesi kompleksində konkret birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Terrorla mübarizə sahəsində əməkdaşlığa, həmçinin turizm sahəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.

 

Daha ətraflı videomaterialda:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.