Rusiyada 8,7 bal gücündə zəlzələ: YAPONİYA, ABŞ VƏ MEKSİKADA SUNAMİ XƏBƏRDARLIĞI
VİDEO

Rusiyanın Kamçatka yarımadasında 8,7 maqnitudalı zəlzələ baş verib.

 

Bu barədə Rusiya Elmlər Akademiyası  Geofizika Xidmətinin Kamçatka filialı Teleqram kanalında məlumat yayıb.

 

Bildirilib ki, bu, 1952-ci ildən sonra baş vermiş ən güclü zəlzələdir.

 

Zəlzələ təkcə Rusiyaya deyil, digər ölkələrə də təsir göstərib. Artıq Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasının Hanasaki limanında ilk sunami dalğası qeydə alınıb.

 

Yaponiyanın Baş naziri Şigeru İşiba əhaliyə müraciət edərək, sunami xəbərdarlığı olan ərazilərdən təxliyə olunmağa çağırıb. İşiba bildirib ki, hökumət əhaliyə hər hansı ziyan dəyməməsi üçün əlindən gələni edəcək, hərçənd hadisələrin necə cərəyan edəcəyi hələ məlum deyil.

 

ABŞ-ın Honolulu Fövqəladə Hallar İdarəsi zəlzələnin yaratdığı sunami dalğaları təhlükəsi səbəbindən Havay adalarının bəzi sahil ərazilərinin təxliyə edilməsinə çağırıb.

 

Meksika Hərbi Dəniz Qüvvələrinin Sunami Xəbərdarlıq Mərkəzi Kamçatkada baş verən zəlzələdən sonra respublikanın qərb sahilləri üçün sunami təhlükəsi barədə xəbərdarlıq edib.

 

Kamçatka regionunun qubernatoru sakinləri sahil xəttinə yaxınlaşmamağı məsləhət görüb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.