Vaşinqton administrasiyasının avqustun 1-dən onlarla ölkəyə münasibətdə nəzərdə tutulan tariflərin tətbiqini təxirə salmayacağı məlum olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə öz "X" hesabında yazıb.
"Avqustun 1-nə təyin edilmiş son tarix dəyişməzdir və uzadılmayacaq. Bu, Amerika üçün vacib bir gündür", - deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, hələ ötən ay ABŞ rəhbərliyi böyük olmayan 150-yə yaxın ölkədən idxal edilən mallara 10-15%-lik rüsumları tətbiq etməyi planlaşdırdığını bildirmişdi.