Tramp Medvedevi hədələdi:
TƏHLÜKƏLİ ƏRAZİYƏ GİRİR...

ABŞ Prezidenti Donald Tramp Hindistan və Rusiya arasındakı ticari-iqtisadi münasibətlərin onu maraqlandırmadığını bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ lideri bu barədə “Truth Social” şəbəkəsində yazıb.

 

D.Tramp qeyd edib ki, bu ölkələrin öz "ölü iqtisadiyyatlarını" necə bərpa edəcəkləri də ona maraqlı deyil.

 

"Bizim Hindistanla çox az işgüzar əlaqələrimiz var, onların tarifləri çox yüksəkdir, dünyanın ən yüksək tariflərindən biridir. Eyni şəkildə, Rusiya və ABŞ demək olar ki, birlikdə biznes aparmırlar. Gəlin hər şeyi olduğu kimi saxlayaq və Medvedevə (RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - red.), Rusiyanın sabiq uğursuz prezidentinə, hələ də özünü prezident hesab edən şəxsə deyək ki, sözlərinə diqqət etsin. O, çox təhlükəli əraziyə girir!" - o yazıb.

 

Bundan əvvəl D.Tramp Rusiya və Ukrayna arasında razılaşmanın əldə edilməsi üçün yeni son tarix müəyyən edib: ilkin 50 gün əvəzinə 10-12 gün. Müddət bitdikdən sonra o, Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə hədələyib. Buna cavab olaraq D.Medvedev bildirib ki, Trampın təyin etdiyi yeni son tarix RF və Ukrayna arasında danışıqlar prosesini "ultimatumlar oyununa" çevirir və bunu "müharibəyə aparan addım" adlandırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.