Fransa Prezidenti Ukraynaya getdi
PUTİNLƏ DANIŞIQLARDAN SONRA
Fransa Prezidenti Emmanuel Makron Kiyevə gedib.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, bu abrədə Fransanın Ukraynadakı səfiri Etyen de Ponsen “Tvitter” hesabında yazıb.
 
“Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gələn Prezident Makronu salamlayıram. Ukraynaya xoş gəlmişsiniz!” – səfir bildirib.
 
Makron Borispol hava limanından Mariinski sarayına gedib və orada həmkarı Volodimir Zelenski ilə görüşəcək.
 
Xatırladaq ki, Fransa lideri ötən gecə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb və digər məsələlərlə yanaşı, Ukrayna ətrafındakı vəziyyəti də müzakirə edib.
 
Daha əvvəl xəbər verdiyimiz kimi, bu, 1998-ci ildə Jak Şirakın Ukraynaya səfərindən sonra Fransa Prezidentinin Ukraynaya ilk rəsmi səfəridir. Makronla birlikdə Fransanın xarici işlər naziri Jan-İv Le Drian Kiyevə gedib.
 
Bundan əvvəl Fransa lideri dəfələrlə deeskalasiyanın zəruriliyindən və Donbasdakı münaqişənin diplomatik yolla həllindən danışıb. Makronun sözlərinə görə, onun üçün prioritet böhrandan siyasi çıxış yolu tapmaqdır.
 
Putinlə birgə mətbuat konfransında Fransa lideri Kiyevdə müzakirələr zamanı Minsk razılaşmalarının həyata keçirilməsi məsələsini qaldıracağına söz verib. Yelisey sarayının sahibi bir neçə dəfə vurğulayıb ki, bu sənədin şərtlərinə ciddi əməl olunmalıdır. Eyni zamanda, Rusiya, Ukrayna, Fransa və Almaniyanın iştirakı ilə "Normand" formatı çərçivəsində irəliləyişlər konsolidasiya edilməlidir. O, həmçinin Ukrayna liderinə Moskva ilə Avropada təhlükəsizlik və sabitlik sahəsində təminatların müzakirəsinin əsas məqamlarını çatdıracağına söz verib. Makron ukraynalı həmkarı ilə söhbətdən sonra Putinlə telefonla yenidən fikir mübadiləsi aparmaq niyyətindədir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.