Böyük Britaniya 300-ə qədər ağır xəstə uşağı Qəzzadan təxliyə edəсək

Böyük Britaniya hökuməti Qəzza zolağında 300-ə qədər ağır xəstə uşağın dövlət klinikalarında müalicəsi üçün təxliyə planı hazırlayır.

 

Bu barədə "The Sunday Times" qəzeti mənbələrinə istinadən yazır.

 

Qeyd olunur ki, proqramın detalları rəsmi olaraq yaxın həftələrdə açıqlanacaq. Birləşmiş Krallığın xarici işlər naziri David Lammi, daxili işlər naziri İvet Kuper və səhiyyə naziri Uez Stritinq bu proqram üzərində birgə işləyirlər. Vurğulanır ki, Qəzzadan hər bir uşaq valideynlərindən, qəyyumlarından və ya digər qohumlarının birinin müşayiəti ilə gətiriləcək. Nəşrə görə, Britaniya hökuməti təxliyə edilənlərin bəzilərinin müalicədən sonra vətənlərinə qaytarmamağı düşünür.

 

Qəzet bildirir ki, 2023-ci ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən indiyə qədər Qəzzadan yalnız üç uşağa Böyük Britaniyada tibbi viza verilib. Ağır xəstə uşaqlara yardım Project Pure Hope təşkilatı tərəfindən göstərilir.

 

Nəşr Qəzza Səhiyyə Nazirliyinin məlumatına istinadla xatırladır ki, münaqişə müddətində anklavdan ümumilikdə 7 mindən çox xəstə, o cümlədən 5 min uşaq təxliyə edilib. Onların əksəriyyəti Misir, BƏƏ və ya Qətərə aparılıb. Təxminən 200 uşaq İspaniya, İtaliya, İrlandiya, Norveç və Rumıniya daxil olmaqla Avropa ölkələrinə təxliyə edilib.("Report")






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.