Kremldə Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş olub.
Senzor.az yerli Kİv-ə istinadən bildirir ki, söhbət üç saata yaxın davam edib.
S.Uitkoff çərşənbə günü səhər saatlarında Moskvaya gəlib. Onu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Qeyd edək ki, bu, Uitkoffun cari ilin əvvəlindən bəri Rusiyaya 5-ci səfəridir. Bundan əvvəlki səfər aprelin 25-də baş tutub. Daha sonra o, Putin tərəfindən də qəbul edilib.
Bəs V.Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi 3 saata yaxın nələrdən danışıblar?