BBC: "HƏMAS-ın gizli pul ehtiyatı var"

"Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı on minlərlə üzvünün məvacibini ödəmək üçün gizli üsullara əl atır ki, İsrail tərəfindən aşkarlanmasın".

 

Britaniyanın BBC telekanalı məsələni aydınlaşdırmaq üçün 3 HƏMAS muzdlusu ilə danışıb. Onlar bildiriblər ki, hər birinə son həftə ərzində 1000 şekel (300 dollar) məvacib ödənilib. Hər 10 həftədə isə müharibədən qabaqkı maaşlarının təqribən 1/5-ni birini ala bilirlər.

 

"Terror qruplaşması 7 oktyabr 2023-cü ildə müharibəni başladan hücumu həyata keçirməzdən əvvəl öz tunellərinə təqribən 700 milyon dollar nağd pul yığıb", – HƏMAS-ın telekanala danışan ali nümayəndəsi vurğulayıb.

 

Muzdlular söyləyirlər ki, qruplaşmada maaş paylayan şəxslər İsrail tərəfindən hədəfə alındıqları üçün bu işin icrasında gizli üsul tapıblar. Belə ki, özlərinin və ya həyat yoldaşlarının telefonlarına şifrəli mesajlar gəlir, onları müəyyən vaxt və yerdə "çay içməyə" çağırırlar. Həmin görüş əsnasında içində pulla dolu zərfləri onlara təhvil verirlər.

 

BBC-nin topladığı məlumata əsasən, HƏMAS daha çox gəlir götürməkdən ötrü alverçilərdən vergi istəyir, həmçinin siqareti müharibədən qabaqkı qiymətindən 100 qat baha satır. Bu və digər etiraflar terrorçuların Qəzza zolağına göndərilən humanitar yardımı taladıqlarına, onları qara bazarda satdıqlarına dair İsrail tərəfinin iddiasını təsdiqləyir. Beləliklə, Qəzza sakinləri arasında terrorçulara qarşı qəzəb  günbəgün artır. Hərçənd HƏMAS da, BMT də Qəzza zolağında sistematik talan hadisələrinin baş verməsi ilə razılaşmır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.