İranda ötən sutka ərzində 26 034 nəfər koronavirusa yoluxub, 614 nəfər vəfat edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədə virusa yoluxanların ümumu sayı 4 895 448 nəfər, ölənlərin sayı isə 105 901 nəfər təşkil edir.
Virus daşıyıcılarından 7 845 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 4 117 098 nəfər koronavirusdan sağalıb, 28,5 milyondan çox test aparılıb.