Zelenski: Rusiya atəşkəsə yox, yeni hücumlara hazırlaşır
VİDEO

Rusiya Prezidenti Vladimir Putin, şübhəsiz ki, atəşkəsə və ya ümumilikdə müharibəyə son qoymağa hazırlaşmır. Ruslar yeni hücum əməliyyatlarına başlamaq üçün qoşun və texnikasını hərəkətə gətirir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində deyib.

 

Putinin əslində nəyə hazırlaşdığı barədə son kəşfiyyat hesabatını dinləyən Zelenski bildirib: "O, qətiyyən atəşkəsə hazırlaşmır. Putin yalnız ABŞ rəhbərliyi ilə görüşü özünün şəxsi qələbəsi kimi təqdim etmək və Ukraynaya təzyiq göstərməklə əvvəlki kimi hərəkət etmək fikrindədir".

 

Zelenski iddia edib ki, rusların müharibədən sonrakı vəziyyətə hazırlaşmaq üçün siqnallar aldığına dair heç bir əlamət yoxdur.

 

"Əksinə, onlar öz qoşunlarını və qüvvələrini elə hərəkət etdirirlər ki, yeni hücum əməliyyatları həyata keçirsinlər. Əgər kimsə sülhə hazırlaşırsa, o, bunu etmir. Biz tərəfdaşlarımızı döyüş meydanındakı, diplomatiyadakı və Rusiyanın gələcək tədbirlər planında real vəziyyət barədə məlumatlandırmağa davam edirik", - Zelenski əlavə edib.

 

Xatırladaq ki, avqustun 15-də Alyaskada Trampla Putin arasında görüşün keçirilməsi planlaşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.