ABŞ Prezidenti Donald Tramp avqustun 13-də Avropa ölkələrinin liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətindədir.
Bu barədə məlumatı “NBC News” telekanalı yayıb.
Bildirilib ki, telefon danışığının Zelenskinin Avropa ölkələrinin nümayəndələri ilə aparacağı danışıqlardan sonra baş tutacağı gözlənilir.
Söhbətdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens də iştirak edəcək.