Hindistanda daşqınlar və torpaq sürüşmələri: ölənlərin sayı 240-a çatıb - VİDEO

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında iki ayda baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 240 nəfər həlak olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ştatın Təbii Fəlakətlərlə Mübarizə İdarəsi məlumat yayıb.

 

"Muson yağışları nəticəsində ölənlərin ümumi sayı 240-a çatıb, o cümlədən torpaq sürüşmələri, daşqınlar və leysanlar kimi yağışlarla əlaqədar hadisələrdə 125 nəfər, yol qəzalarında isə 115 nəfər ölüb", - idarədən bildirilib.

 

Regionda elektrik və su təchizatında fasilələrin olduğu bildirilir.

 

Ştat üzrə bir çox sürüşmə monitorinq stansiyaları hazırda fəaliyyət göstərmir və bu, davam edən musson mövsümündə vaxtında xəbərdarlıq və fəlakətlərə hazırlıqla bağlı narahatlıq yaradır.

 

Himaçal-Pradeşdə musson mövsümü iyunun sonundan sentyabr ayına qədər davam edir və illik yağışın çox hissəsi bu müddət ərzində düşür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.