Liviyanın paytaxtı Tripolidə Baş nazir Abdelhamid Dbeybanın avtomobili atəşə tutulub.
Bu barədə “Al-Jazeera” telekanalı Liviya mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, o, xəsarət almayıb. Yüksək səviyyəli mənbə Dbeibanın yaralanmadığını təsdiqləyib. Qeyd edilir ki, sui-qəsd cəhdi çərşənbə günü axşam Tripolinin mərkəzində Baş nazir evinə qayıdarkən olub.
Cümə axşamı günü Liviyanın Nümayəndələr Palatası (parlamenti) ölkənin yeni baş naziri, Milli Birlik Hökumətinin hazırkı rəhbəri Abdelhamid Dbeybanın namizədliyinə səs verəcək, o, prezident seçkilərinə qədər hakimiyyəti təhvil vermək niyyətində olmadığını söyləyib.
“Report” xatırladır ki, yeddi müraciətdən sonra parlamentarilər bazar ertəsi iki liviyalı siyasətçinin: Milli Barışıq Hökumətinin keçmiş daxili işlər naziri Fəthi Başaqu və iş adamı Xalid Bibasın namizədliyini təsdiqləyiblər.