Putinlə Zelenskinin görüşü iki həftə ərzində REALLAŞA BİLƏR

Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş iki həftə ərzində reallaşa bilər.

 

“Kommersant” xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts məlumat verib.

 

Onun sözlərinə görə, bu barədə ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin Ağ Evdəki görüşdə fasilə zamanı telefonla danışarkən razılaşıblar. 

 

Kansler, həmçinin qeyd edib ki, görüşün yeri daha sonra razılaşdırılacaq.

 

Xatırladaq ki, avqustun 18-də Ağ Evdə D.Trampla V.Zelenski, daha sonradan Avropa ölkələrinin liderlərinin iştirakı ilə görüş keçirilib. Putinin köməkçisi Yuriy Uşakov bildirib ki, Tramp telefon danışığı zamanı Putini Vaşinqtonda baş tutan danışıqlar barədə məlumatlandırıb. Onların danışığı 40 dəqiqə davam edib.

 

Senzor.az xatırladır ki, ABŞ Prezidenti də öz növbəsində Ukrayna və Rusiya liderləri arasında görüşə artıq hazırlıqların başlandığı barədə məlumat verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.