İran prezidenti Məsud Pezeşkian Belarusa səfər edib.
Bu barədə BELTA xəbər agentliyi məlumat yayıb.
Məlumatda Belarus Prezidenti Aleksandr Lukaşenkonun avqustun 20-də Minskdə İran Prezidenti Məsud Pezeşkianla danışıqlar aparacağı bildirilir.
Dövlət başçılarının görüşü Müstəqillik Sarayında məhdud və geniş tərkibdə keçiriləcək, daha sonra iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş ikitərəfli sənədlər imzalanacaq.