Al Arabiya: "İsrail və Suriya razılığa gəlirlər"

"İsrail və Suriya aralarındakı mübahisəli məqamların 80%-i ilə əlaqədar ortaq məxrəcə çatıb".

 

Bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı məlumat yayıb. 

 

Bildirilib ki, avqustun 19-da Fransanın paytaxtı Paris şəhərində Suriyanın xarici işlər naziri Əsəd Əş-Şeybani ilə İsrail tərəfinin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə İsrailin strateji işlər naziri Ron Dermer və ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Tom Barrak da iştirak ediblər.

 

Tərəflər müxtəlif məsələlərdə ortaq məxrəcə gəlməklə əlaqədar müzakirələr apararaq, danışıqların növbəti mərhələsi üzrə razılaşıblar. Bununla belə, hansı məsələlər üzrə razılıq əldə olunduğu açıqlanmayıb.

 

Az.vision.az xatırladır ki, 2024-cü ilin dekabrın 8-də Suriyada 24 illik Bəşər Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsinin ardınca İsrail Silahlı Qüvvələri bu ölkənin ərazisində hərbi əməliyyatlara başlamışdı. Əməliyyatların əsas səbəbi kimi “İsrail dövlətinin və xalqının təhlükəsizliyinin təmin edilməsi” göstərilmişdi.

(Şəkildə sağdakı Ron Dermerdir) 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.