Xristian Demokratik Birliyinin lideri və Almaniyanın kansleri Fridrix Merts Avropa Komissiyasının sədri Ursula fon Der Lyayenin 2027-ci il seçkilərində ölkə prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək.
Bu barədə “Şpigel” nəşri Almaniya hökumətindəki mənbələrə istinadən yazıb.
Hökumətin son iclasında Merts 2027-ci ildə ölkənin prezidentliyi dövründə ilk dəfə bir qadının ali vəzifəyə seçilə biləcəyini bildirib. Nəşrin məlumatına görə, kansler bu rolda Ursula fon Der Lyayeni görür.