Ötən günlərdə İranın şərqindəki Sistan və Bəlucistan əyalətində polis patruluna hücum çəkib 5 polis əməkdaşını öldürən terrorçular zərərsizləşdiriliblər.
"IRNA" dövlət xəbər agentliyinin yaydığı məlumata əsasən, təhlükəsizlik qüvvələri sözügedən əyalətin İranşəhr, Xaş və Səravan şəhərlərində əməliyyat keçiriblər. Aşkarlanan 13 yaraqlı öldürülüb, onlarla terrorçu isə ələ keçirilib.
Xatırladaq ki, avqustun 22-də iki polis patruluna silahlı hücum nəticəsində 5 polis əməkdaşı həyatını itirib. Hadisə Xaş-İranşəhr yolunda meydana gəlib. Patrullara hücum çəkən naməlum şəxslər hadisə yerindən qaçıblar.
İranın Əfqanıstan və Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində analoji hadisələr tez-tez baş verir.