Gürcüstanda virus daha 55 nəfəri öldürdü - 19 968 YENİ YOLUXMA
Gürcüstanda son sutka ərzində koronavirusa 19 968 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər vəfat edib.

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
 
Bununla da Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 418 027-yə, ölənlərin ümumi sayı isə 15 459-a çatıb.
 
Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı isə 23 675 nəfər artaraq 1 178 151 olub.
 
Bu arada Tbilisidəki Tsitsişvili adına Uşaq Klinikasının müalicə məsələləri üzrə direktoru Mayya Çxaidze bildirib ki, koronavirusdan müalicə olunan pasiyentlərin 90 faizi bir yaşına qədər olan körpələrdir.
 
Onun sözlərinə görə, Gürcüstan koronavirusun 6-cı dalğasının ən yüksək səviyyəsindədir. Son günlər ölkədə koronavirusa yoluxma 20-24 min nəfərə çatıb. Onların da 17 faizini uşaqlar təşkil edir. Xəstə uşaqların isə hər 5 nəfərindən 1-i xəstəxanaya yerləşdirilib. Gürcüstanın epidemioloqlarının fikrincə, ölkədə koronavirusun 6-cı dalğası fevralın sonunda başa çatacaq. Ayın sonundan etibarən yoluxma sayında azalma başlayacaq və bu martın sonunadək davam edəcək. Aprel ayından isə vəziyyət normallaşmağa başlayacaq.
 
Səhiyyə məsələləri üzrə ekspert, professor Maka Buleişvili də bildirib ki, aprel-may aylarında sabitlik olacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.