Paşinyan İran Prezidentini Ermənistana dəvət etdi
Ermənistanın baş naziri Nikol Paşinyan İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və Prezident İbrahim Rəisini İslam İnqilabının qələbəsi günü münasibətilə təbrik edib. 
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, baş nazir İrana ağız dolusu təriflər yağdıraraq, iki ölkə arasındakı mövcud dostluq münasibətlərindən razı olduğunu bildirib.
 
Qeyd edib ki, Ermənistan dost ölkə ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın ardıcıl inkişafına xüsusi önəm verir.
 
Paşinyan xatırladıb ki, bu il ölkələr diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirlər. O, əminliyini ifadə edib ki, münasibətlərin etimad xarakteri bundan sonra da iki dövlətin inkişafına və rifahına töhfə verəcək.
 
Maraqlıdır ki, bölgəyə müharibə gətirən İrəvan özünü həm də sülh carçısı kimi təqdim edib: “Ermənistan qonşu, dost dövlətlə əlaqələrin rolunu və əhəmiyyətini yüksək qiymətləndirir. Ötən 30 il müxtəlif nailiyyətlər və əməkdaşlıq perspektivlərinin genişlənməsi ilə yadda qalıb. Mən Ermənistanla İranın regionda sülh və sabitliyin bərqərar edilməsi vəzifəsinə əhəmiyyət verirəm, sizi gündəlikdə olan ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistana dəvət edirəm”.
 
Baş nazir birgə səylərlə dövlətlərarası münasibətləri dərinləşdirməyə ümidli olduğunu da vurğulayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.