
Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 800-ü ötüb.
Bu barədə "Sky News" Əfqanıstan hökumətinə istinadən məlumat yayıb.
Həmçinin bildirilir ki, təbii fəlakət nəticəsində azı 2 800 nəfər yaralanıb.
Qeyd edək ki, avqustun 31-də Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.
**09:59

Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudada zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 50 km şimal-şərqdə qeydə alınıb.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
İndiyə olan son məlumata görə, Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində 622 nəfər ölüb, daha 1 500 nəfər yaralanıb.
Ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman deyib ki, zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün "insan itkiləri və infrastruktura dəyən ziyanla bağlı dəqiq məlumat almaq vaxt aparacaq".