 ABŞ Hərbi Dəniz Qüvvələri NATO-nun genişlənməsi fonunda dörd hərbi gəmisini Avropaya göndərib.
ABŞ Hərbi Dəniz Qüvvələri NATO-nun genişlənməsi fonunda dörd hərbi gəmisini Avropaya göndərib.Bu barədə “USNI Nyus” məlumat yayıb.
Məlumata görə, gəmilər ABŞ-ın 6-cı donanmasına və NATO üzrə müttəfiqlərə dəstək məqsədilə bir sıra dəniz əməliyyatlarında iştirak edəcək.
Qeyd edək ki, Pentaqonun sözçüsü Con Kirbi ABŞ-ın Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar müvəqqəti olaraq Avropaya əlavə qüvvələr yerləşdirmək qərarını açıqlamışdı.
 
												
						 
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                        