"Modinin niyə Putin və Si Cinpin ilə əməkdaşlıq etdiyini başa düşmürəm".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidentinin ticarət üzrə baş müşaviri Piter Navarro Hindistanın Baş naziri Narendra Modinin Rusiya və Çinlə əməkdaşlığına münasibət bildirərkən deyib.
“Bilirsiniz, Modi əla liderdir, amma mən başa düşmürəm ki, dünyanın ən böyük demokratik ölkələrindən olan Hindistan nə üçün Putin və Si Cinpin ilə əlaqə saxlayır”, – deyə o bildirib.
Müşavir vurğulayıb ki, Hindistanın elita təbəqələri bu əməkdaşlıqdan fayda əldə etsə də, adi vətəndaşlar sanksiyalar səbəbindən iqtisadi çətinliklərlə üzləşirlər.