Kim Çen In də Çindədir – YENİLƏNİB, VİDEO/ FOTO


Şimali Koreya lideri Kim Çen In xüsusi zirehli qatarı ilə Çinə səfər edib.

 

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. 

 

Bildirilib ki, qatar sentyabrın 1-də Pxenyanı tərk edib, sentyabrın 2-nə keçən gecə isə Çinlə sərhədi keçib. 

 

Qatarın Pekinin dəmir yolu stansiyasına çatdığı qeyd olunub.

 

Qeyd edək ki, Kim Çen In Pekində İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə bağlı tədbirdə iştirak edəcək. Bu, Şimali Koreya liderinin belə bir çoxtərəfli diplomatik tədbirdə ilk iştirakıdır. 


**10:16


Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In hərbi paradda iştirak etmək üçün zirehli qatarla Pxenyandan Çinə yollanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Şimali Koreya liderinin olduğu qatarın bəzi detalları məlum olub. 

"BBC"nin yaydığı məlumata görə, qatarda nəfis Fransa şərabları və təzə dəniz məhsullarından hazırlanan yeməklər təqdim olunur.

 

Xüsusi qatarın artan təhlükəsizlik tədbirləri səbəbindən yavaş hərəkət edəcəyi və KXDR liderini 20-24 saat ərzində Pekinə çatdıracağı gözlənilir. Onun Çinin paytaxtına sentyabrın 2-də çatması planlaşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.