Fransada hava nəqliyyatı nəzarətçilərinin əsas həmkarlar ittifaqı olan SNCTA sentyabrın 18-i üçün tətil elan edib.
Senzor.az SNCTA-nın rəsmi saytında dərc olunan məlumata istinadən bildirir ki, tətilin həmin gün səhər başlaması və növbəti gün gecə saatlarınadək davam etməsi planlaşdırılır.
Məlumatda tətilin səbəbləri də açıqlanıb. Təşkilat bu addımı sosial dialoqun uğursuzluğu ilə əsaslandırıb. SNCTA 2024-cü ilin əməkhaqlarının inflyasiya nəzərə alınaraq ödənilməsini, eləcə də idarəetmə modelində dəyişikliklər olunmasını tələb edir.
Qeyd edək ki, Fransada hava nəqliyyatı nəzarətçiləri artıq bu ilin iyul ayında aksiya keçiriblər. Həmin vaxt ölkədə 3 min uçuş ləğv olunmuşdu.