İranda inqilabın 43-cü ildönümü qeyd olunur - AVTOMOBİLLƏRLƏ YÜRÜŞ
Fevralın 11-i İranda İslam İnqilabının 43-cü ildönümüdür və bu münasibətlə ölkədə müxtəlif təntənəli tədbirlər keçirilir.

Senzor.az bildirir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Tehran və digər böyük şəhərlərdə avtomobillərlə yürüşlər keçirilir. Tehranın “Azadi”, “Şəriəti”, “İnqilab” xiyabanlarında toplanan sürücülər avtomobillərlə yürüş edirlər.
 
Qeyd edək ki, İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyni 15 illik mühacirətdən sonra 1979-cu il fevralın 1-də vətənə qayıdıb və inqilaba rəhbərlik etməyə başlayıb. Siyasi baxışlarına görə həbslərə və məhrumiyyətlərə məhkum olunan Ruhullah Xomeyni ölkəni tərk etmək məcburiyyətində qalmışdı.
 
Tehranda onu 3 milyondan çox insan qarşılayıb. Ölkəyə qayıdan Xomeyni inqilaba rəhbərlik edib və şah rejimini devirərək ölkənin Ali Rəhbəri vəzifəsinə seçilib.
 
Onun Tehrana qayıdışından 10 gün sonra - fevralın 11-də ölkədə inqilab baş verib. Həmin 10 günlük müddət İranda “Fəcr ongünlüyü” adlanır və hər il təntənəli tədbirlərlə qeyd olunur.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.