ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən çox məyus olduğunu bildirib.
Senzor.az bildirir ki, ABŞ lideri bu barədə radioaparıcı Skott Cenninqsə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Vaşinqton insanların həyatını xilas etmək üçün müəyyən addımlar atacaq.
"Bu, mənasız müharibədir. Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı. Bu məni daha da çox narahat edir, çünki seçkilər tamamilə saxtalaşdırılmışdı. Bu, biabırçılıqdır. Görək nə olacaq. Amma indi mən prezident Putindən çox məyusam, bunu deyə bilərəm və biz insanların yaşaması üçün nələrsə edəcəyik. Bilirsiniz, bu, Ukrayna məsələsi deyil. Söhbət insanlara həyat bəxş etməkdən gedir", – deyə ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Ukrayna məsələsi ilə bağlı danışıqları olmuşdu və hər iki lider onun nəticələrindən razı qaldığını bəyan etmişdi.