ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpini İkinci Dünya Müharibəsində Amerikanın köməyini unutmamağa çağırıb. Tramp ondan Pekində keçirilən hərbi paradda iştirak edən Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Ina salamlarını çatdırmağı xahiş edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ lideri özünün "Truth Social"dakı paylaşımında qeyd edib.
"Sədr Si Cinpin və gözəl Çin xalqı gözəl və unudulmaz bayram keçirsin. Xahiş edirəm, Amerika Birləşmiş Ştatlarına qarşı sui-qəsd hazırladığınız zaman Vladimir Putinə və Kim Çen Ina ən səmimi salamlarımı çatdırın. Bir çox amerikalı Çinin qələbəsi uğrunda mübarizəsində həlak olub. Ümid edirəm ki, onlar şərəf və cəsarətlə xatırlanacaqlar", - Ağ Evin rəhbəri yazıb.
Tramp hansı “sui-qəsd”dən bəhs etdiyini açıqlamayıb. Ekspertlərin fikrincə, o, sadəcə zarafat edib...