Putin və Kim Çen In arasında Pekin danışıqları – NƏLƏR MÜZAKİRƏ OLUNDU?
YENİLƏNİB, VİDEO/ FOTO


Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Pekində təkbətək formatda danışıqları başa çatdırıblar.

 

Senzor.az Rusiya mediasına istinadən bildirir ki, söhbət təxminən bir saat davam edib.

 

Daha əvvəl onlar nümayəndə heyətlərinin iştirakı ilə 1,5 saatdan çox davam edən danışıqlar aparıblar.

 

Beləliklə, danışıqlar ümumilikdə 2,5 saatdan bir qədər çox çəkib.

**11:30

 

Rusiya Prezidenti Vladimir Putin və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In nümayəndə heyətlərinin iştirakı ilə keçirilən rəsmi danışıqlardan sonra təkbətək formatda söhbəti davam etdirirlər.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

 

Liderlərin Pekindəki təntənəli tədbirlər çərçivəsində danışıqları 1,5 saatdan çox davam edib.

 

**10:12

 

2024-cü ilin iyun ayında Koreya Xalq Demokratik Respublikası (KXDR) və Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandıqdan sonra ikitərəfli münasibətlər bütün aspektlərdə inkişaf edir.

 

Senzor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu KXDR lideri Kim Çen In bu gün Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

 

Kim Çen In əlavə edib ki, KXDR Rusiyaya kömək etmək üçün əlindən gələni edəcək.


**09:48

Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In Pekində keçirilən hərbi paraddan sonra ikitərəfli danışıqlara yollanıblar.

 

“RİA Novosti” agentliyi xəbər verir ki, liderlər görüşün keçiriləcəyi məkana “Aurus” markalı eyni avtomobildə yola düşüblər.

 

Həmin görüntüləri təqdim edirik:

***

Tərəflər arasında danışıqlar başlayıb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.