Tramp “Çin paradla ABŞ-a meydan oxuyur” mesajını
RƏDD ETDİ

ABŞ Prezidenti Donald Tramp Çindəki hərbi paradı “ABŞ-a meydan oxumaq” mesajı olaraq rədd etdiyini bildirib və “Çinin bizə ehtiyacı, bizim onlara olan ehtiyacımızdan çoxdur” deyib.

 

Senzor.az bildirir ki, Ağ Evdə jurnalistlərə açıqlamasında Tramp bəzi ölkələrin, o cümlədən Çinin ABŞ-a qarşı beynəlxalq koalisiya yaratmağa çalışıb-çalışmadığı ilə bağlı suala "Qətiyyən yox, Çinin bizə ehtiyacı var" cavabını verib.

 

"Mən bunu görmürəm. Bildiyiniz kimi, mənim Çin prezidenti Cinpin ilə çox yaxşı münasibətim var", - Tramp deyib.

 

Tramp dünən bir radio proqramında Rusiya ilə Çin arasında formalaşa biləcək “güc oxundan narahat olmadığını” da vurğulayıb.

 

ABŞ-ın dünyanın ən güclü hərbi qüvvələrinə sahib olduğunu və bu ölkələrin heç vaxt ABŞ-a qarşı hərbi gücdən istifadə etməyəcəklərini deyən Tramp, “İnanın, bu onların edə biləcəkləri ən pis şey olardı” söyləyib.

 

Xatırladaq ki, Pekində keçirlən paradda Çin yeni pilotsuz uçuş aparatları, kiber və elektron müharibə aparatları və hipersəs silahları da daxil olmaqla, yeni nəsil hərbi imkanlarını nümayiş etdirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.