Almaniyada seçkilərdən əvvəl...
16 NAMİZƏD ÖLÜB

Sentyabrın 14-də Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətində keçiriləcək yerli seçkilərə az qalmış müxtəlif partiyalardan ən azı 16 namizəd ölüb.

 

Bu barədə yerli seçki komissiyasının rəhbəri Monika Vissmana istinadla “Bild” qəzeti məlumat yayıb.

 

O bildirib ki, hazırda namizədlərin ölümü ilə bağlı 16 fakt məlumdur. Onlardan yeddisi “Almaniya üçün Alternativ” (AfD), qalanları Almaniya Sosial Demokrat Partiyası (SPD), Azad Demokrat Partiyası (FDP), Yaşıllar və digər siyasi qüvvələri təmsil edib.

 

Qəzet yazıb ki, AfD üzvlərinin ölümləri ilə bağlı ilk xəbərlərdən sonra müxtəlif şayiələr və fərziyyələr yayılmağa başlayıb. “Bild”in yerli polislə birgə apardığı araşdırma onların hamısının təbii səbəblərdən öldüyünü göstərib. Sentyabrın 2-də “Welt” televiziya kanalında “Almaniya üçün Alternativ” Partiyasının Şimali Reyn-Vestfaliyadakı nümayəndəsi Kay Qottşalk bildirib ki, bunun qətl və ya buna bənzər bir şey olduğuna dair heç bir əlamət yoxdur. Siyasətçi qeyd edib ki, mərhumların bəziləri xəstə olub.

 

Məlumata görə, AfD namizədləri seçkilərdən əvvəl Blomberq, Bad Lippsprinq, Şverte və Reynberq şəhərlərində məğlub olublar. Sentyabrın 3-də “Die Welt” qəzeti ölənlərin sayının 7 nəfərə çatdığını yazmışdı.(Teleqraf)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.