Gürcüstan Prezidenti iki müxalifət liderini əfv etdi
FOTO

Gürcüstan Prezidenti Mixail Kavelaşvili “Güclü Gürcüstan – Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident bu barədə “Facebook” hesabında paylaşım edib.

 

Müxalif siyasətçilər parlamentin istintaq komissiyasının iclasına gəlmədiklərinə görə 8 aylıq həbs cəzası almışdılar. Kavelaşvili açıqlamasında bildirib ki, onların gələcəkdə də siyasi fəaliyyətlərini qanuna hörmət çərçivəsində davam etdirəcəyinə ümid edir.

 

“Yerel özünüidarəetmə orqanlarına seçkilərin rəqabətli mühitdə keçirildiyini heç kəsin şübhə altına almaması üçün Mamuka Xazaradze və Badri Caparidzeni əfv etmək qərarına gəldim”, – deyə dövlət başçısı vurğulayıb. 

Qeyd edək ki, daha əvvəl Nika Qvaramiya, Nika Melia, Mamuka Xazaradze, Badri Caparidze, Zurab Caparidze, Georgi Vaşadze, Givi Tarqamadze və sabiq müdafiə naziri İrakli Okruaşvili də eyni səbəbdən həbs cəzasına məhkum edilib. Onlar sabiq prezident Mixail Saakaşvilinin dövründə törədilmiş cinayətlərin araşdırılması üzrə parlament komissiyasının iclaslarına qatılmadıqları üçün məsuliyyətə cəlb olunublar.

 

Gürcü mediasının məlumatına görə, hazırda həbsdə olan bəzi müxalifət liderləri Prezidentin əfv təklifini qəbul etməkdən imtina ediblər.

 

Xatırladaq ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər 4 oktyabrda keçiriləcək. Lakin bir sıra iri müxalifət partiyaları, o cümlədən sabiq prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” seçkiləri boykot edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.