İsrailli polkovnik xəbərdarlıq etdi: TÜRKİYƏ İLƏ MÜHARİBƏYƏ GİRSƏK...

"İsrail Türkiyə ilə birbaşa müharibəyə girməməlidir”.

 

Bunu İsrail ordusunun istefada olan polkovniki, hərbi analitik Eran Lerman “TV7 Israel News”un efirində deyib.

 

Polkovnik NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyə ilə birbaşa müharibənin ciddi risklər daşıdığını bildirib.

 

Lerman İsrail Müdafiə Qüvvələrinin Türkiyə Ordusu böyüklüyündə bir qüvvə ilə birbaşa döyüşə hazır olmadığını qeyd edib: “Ümid edirik ki, o nöqtəyə heç vaxt çatmayacağıq”.

 

Analitik Türkiyənin müdafiə sənayesindəki inkişafına toxunaraq, xüsusilə PUA-lara diqqət çəkib: “Bayraktar”lar ən yaxşılar arasındadır”.

 

Lerman İsrailin hərbi imkanlarından da danışıb: “Məhdud resurslara baxmayaraq, bacarıqlı və cəsarətli donanmamız var. Üstün hava mövqelərimizə də inanıram”.

 

Bununla belə, o, Türkiyə ilə birbaşa quru müharibəsinin İsrail üçün ciddi nəticələr verə biləcəyini vurğulayıb.

 

Polkovnik Türkiyə Quru Qoşunlarını “möhtəşəm” adlandırıb: “Onlarla heç vaxt vuruşmaq istəməməliyik”.

 

Lerman əlavə edib ki, istənilən potensial münaqişə ssenarisi birbaşa deyil, Suriya kimi bölgələrdə proksi müharibələr vasitəsilə həyata keçirilməlidir.

 

Analitik İsrailin Türkiyə ilə birbaşa qarşıdurmadan qaçmaq üçün əlindən gələni etməli olduğunu söyləyərək, belə bir ssenarinin təkcə hər iki ölkənin deyil, həm də regionun təhlükəsizliyini təhlükə altına sala biləcəyinə işarə edib.(Teleqraf)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.