Rusiyada "WhatsApp"ın təntənəli "DƏFN MƏRASİMİ" KEÇİRİLİB
FOTO

Yakutskda (Rusiya) təşəbbüs qrupu "WhatsApp" mesencerinin təntənəli "dəfn mərasimi"ni keçirib.

 

Bu barədə "Sakha Life" xəbər yayıb.

 

Bildirilir ki, təşkilatçılar tərəfindən "köhnə dostla vidalaşma" adlandırılan tədbir şəhər restoranlarından birində keçirilib. Aksiya iştirakçıları təşkilata məsuliyyətlə yanaşıb, bəzi ritualları bütün ciddiyəti ilə yerinə yetiriblər.

 

"Əziz yaşıl mesencer, çoxillik ünsiyyət üçün təşəkkür edirik. Bütün əlaqələr saxlanılıb, çatlar köçürülüb. Artıq irəli getmək vaxtıdır", - deyə tədbir iştirakçılarından biri deyib.

 

Xatırladaq ki, "Roskomnadzor" Rusiyada "Telegram" və "WhatsApp" mesencerlərində zənglərin qismən məhdudlaşdırılması istiqamətində tədbirlər görüb. Qurumun izahına görə, bu platformalar Rusiya vətəndaşlarını aldatmaq, pul mənimsəmək, diversiya və terror fəaliyyətinə cəlb etmək üçün istifadə olunan əsas səsli rabitə xidmətlərinə çevrilib.

 

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi isə əlavə edib ki, zəng funksiyasına giriş yalnız ölkə qanunvericiliyinin tələbləri yerinə yetirildikdən sonra bərpa olunacaq.

 

"WhatsApp" tərtibatçıları öz növbəsində bildiriblər ki, Rusiya istifadəçiləri üçün "end-to-end" şifrələmə ilə qorunan ünsiyyəti təmin etmək üçün mümkün olan hər şeyi edəcəklər.(Oxu.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.