İsrail ordusunun HƏMAS-ın son əsas qalası olan Qəzza şəhərinə hücuma başlaması fonunda Qüdsdə genişmiqyaslı etiraz aksiyaları keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Baş nazir Benyamin Netanyahunun iqamətgahı qarşısında toplaşan on minlərlə insan döyüşlərin dayandırılması və girovların azad edilməsi üçün təcili danışıqların aparılmasını tələb edib.