“Rusiya fevralın 16-da Ukraynaya hücuma başlaya bilər” - BAYDEN DƏ KƏŞFİYYAT MƏLUMATINA İSTİNAD ETDİ
ABŞ Prezidenti Co Bayden müttəfiq ölkələrin liderləri ilə videokonfrans zamanı deyib ki, Rusiya fevralın 16-da Ukraynaya hücum edə bilər.
 
Senzor.az bildirir ki, məlumatı öz mənbələrinə istinadən “Politico” qəzeti yayıb.
 
Söhbətdə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Polşa, Rumıniya və Fransa liderləri, həmçinin NATO-nun Baş katibi və Avropa Komissiyasının rəhbəri iştirak ediblər.
 
Qəzetin yazdığına görə, Vaşinqton müttəfiqlərinə bildirib ki, ABŞ-ın hesab etdiyi kimi, işğaldan əvvəl raket zərbələri və kiberhücumlar ola bilər.
 
Öz növbəsində adı çəkilməyən Britaniya rəsmisi qəzetə bildirib ki, London fevralın 16-sı ilə bağlı kəşfiyyat məlumatlarını fərqli şərh edir. Belə ki, diplomatlardan biri Avropa İttifaqının hələ də buna inanmaq istəmədiyini bildirib.
 
Eyni zamanda, nəşrin özü etiraf edir ki, 16 fevral tarixli kəşfiyyat məlumatları hələ də “çiy” ola bilər və ABŞ hakimiyyət orqanları tərəfindən vəziyyətin ümumi qiymətləndirilməsini əks etdirmir.
 
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya təcavüzünün istənilən vaxt, o cümlədən fevralın 20-də Pekində keçiriləcək Olimpiada başa çatana qədər başlaya biləcəyini bildirmişdi.
 
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da oxşar bəyanatla çıxış edib. O bildirib ki, ABŞ kəşfiyyatına görə, Rusiya işğala hava hücumu ilə başlaya, münaqişə zamanı isə hətta Kiyevə hücum edə bilər.
 
ABŞ milli kəşfiyyatı və ABŞ ordusu isə Rusiyanın gələn çərşənbə, fevralın 16-da işğala başlaya biləcəyindən qorxduqları barədə NATO ölkələrini məlumatlandırıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.