Nepalda etirazçılar Prezident ofisini də yandırdılar
VİDEO

Nepalda etirazçılar Şital-Nivasda Prezident ofisini də yandırıblar.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Baş Prokurorluq, Federal Parlament, Ali Məhkəmə, Xüsusi Məhkəmə, dairə məhkəmələri, həmçinin yüksək siyasi liderlərin ev və ofislərində yanğınlar və vandalizm aktları barədə məlumat verilir.

 

Davam edən nümayişlər fonunda ölkə hökumətinin nümayəndələri vətəndaşları təmkinli olmağa çağırıblar. "Baş nazir K.P.Şarma Olinin istefası qəbul edilib, biz bütün vətəndaşları sakitliyi qorumağa, təmkinli olmağa çağırırıq", - hökumət üzvlərinin müraciətində deyilir.

 

Qeyd edək ki, Katmandudakı Federal Parlament binası və digər obyektlər qarşısında iki gün ərzində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə 22 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.

 

Katmandu vadisində komendant saatının tətbiq edilməsinə və təhlükəsizlik qüvvələrinin gücləndirilməsinə baxmayaraq etirazlar davam edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.