Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Dohaya bir günlük səfərə yollanacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Baş nazir Qətər xalqı ilə həmrəyliyini ifadə etmək üçün səfərə gedir.
Səfər çərçivəsində Şərif Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüş keçirəcək və bu görüşdə Pakistanın dəstəyini vurğulayacaq.
Eyni zamanda, regionda sülhün bərqərar olunması məsələləri üzrə məsləhətləşmələr planlaşdırılır.
Qeyd edək ki, sentyabrın 9-da İsrail Dohaya hücum edib.