ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, telefon danışığı Bakı vaxtı ilə saat 21:06-da yekunlaşıb və 1 saata qədər davam edib. Ağ Ev hələlik danışıqların məzmununu açıqlamayıb.
Bu, Ukrayna böhranının yaranmasından sonra liderlər arasında üçüncü telefon danışığıdır.
Qeyd edək ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlamışdı. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.
**20:24
ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.
Qeyd edilir ki, ABŞ lideri hazırda Kemp-Deviddəki (Merilend ştatı) iqamətgahındadır.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı təşəbbüsü Vaşinqtondan gəlib və Amerika tərəfinin yazılı müraciəti olub.
**13:55
Bu gün Vaşinqton vaxtı ilə səhər saatlarında (Bakı vaxtı ilə günün ikinci yarısında) ABŞ və Rusiya prezidentləri Cozef Bayden və Vladimir Putin arasında telefon danışığı olacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin nümayəndəsi məlumat verib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlər arasında telefon danışığının Amerika tərəfinin təşəbbüsü ilə fevralın 12-nə planlaşdırıldığını təsdiqləyib.
Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri sonuncu dəfə telefonla ötən ilin sonunda danışıblar. Bundan öncə, dekabrın 7-də onlar video-konfrans vasitəsilə danışıqlar aparıblar. Cozef Bayden və Vladimir Putin arasında ilk təkbətək görüş isə 2021-ci ilin iyununda Cenevrədə olub.