Polşada pilotsuz uçuş aparatları ilə bağlı insident səhv nəticəsində baş verə bilərdi.
Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Bu, səhv nəticəsində baş verə bilərdi”, - Tramp jurnalistin bununla bağlı sualını cavablandırarkən söyləyib.
Bununla belə, ABŞ lideri vəziyyətdən məmnun olmadığını və onun tezliklə həll olunacağına ümid etdiyini əlavə edib.