Qırğızıstanın paytaxtı Bişkekdə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seysmoloji İnstitutu məlumat yayıb.
4,3 bal gücündə zəlzələ yerli vaxtla saat 13:57-də qeydə alınıb.
Zəlzələnin episentri Beş-Kungeydən bir kilometr aralıda yerləşib. Yeraltı təkanlar Bişkekdə, eləcə də qonşu Qazaxıstan ərazisində hiss olunub.