ABŞ dövlət katibi İsrailə gedib

ABŞ dövlət katibi Marko Rubio İsrailə səfər edib.

 

Bu barədə "Frans Press" (AFP) agentliyi məlumat yayıb.

 

"Rubio İsrailə bazar günü gəlib", - məlumatda bildirilib.

 

“The Times of Israel” isə xatırladıb ki, bu, Marko Rubionun dövlət katibi kimi İsrailə ikinci gəlişidir və səfər İsrail ordusunun ötən həftə ABŞ-ın müttəfiqi olan Qətərin paytaxtı Dohada HAMAS liderlərinə zərbə endirməsindən bir həftə sonra baş tutur.

 

Ben Qurion hava limanında Marko Rubio və həyat yoldaşı Janett Dusdebes Rubionu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi və digər rəsmi şəxslər qarşılayıblar.

 

İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin məlumatına görə, bu gün Netanyahu və Rubio birlikdə Qüdsdəki Ağlama Divarını ziyarət edəcəklər.

 

Səfər öncəsi Vaşinqtonda jurnalistlərə açıqlama verən Marko Rubio bildirib ki, ABŞ İsrailin Dohadakı HaMAS liderlərinə hücumundan “narazıdır”, lakin bu, iki ölkə arasında müttəfiqlik münasibətlərinə təsir etməyəcək: “Bu, münasibətlərimizin xarakterini dəyişməyəcək, amma biz bu məsələni, ilk növbədə, atəşkəs səylərinə hansı təsiri göstərəcəyini müzakirə etməliyik”. O həmçinin İsrail rəsmilərindən Qəzzada qarşıdakı mərhələyə dair cavablar gözlədiyini vurğulayıb.

 

Marko Rubio ABŞ Prezident Donald Trampın HAMAS-ın darmadağın edilməsini, müharibənin başa çatmasını və 48 girovun, o cümlədən həlak olanların, geri qaytarılmasını istədiyini bildirib. Onun sözlərinə görə, İsraillə həm də son hücumun bu məqsədlərə qısa müddətdə nail olunmasına necə təsir edəcəyi müzakirə olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.