İran Milli Təhlükəsizlik Ali Şurası BAEA ilə yeni sazişi təsdiqlədi, amma... XƏBƏRDARLIQ DA ETDİ
VİDEO

İranın Milli Təhlükəsizlik Ali Şurası Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında imzalanmış yeni əməkdaşlıq sazişini təsdiqləyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Milli Təhlükəsizlik Ali Şurasının katibliyi məlumat yayıb.

 

Qeyd edilib ki, sənədin bəndləri nəzərdən keçirilib və əsasən təsdiq olunub.

 

Xatırladaq ki, 25 iyunda İran parlamenti ölkənin BAEA ilə əməkdaşlığının dayandırılmasına dair qanun layihəsini qəbul etmiş, 2 iyulda isə Prezident Məsud Pezeşkian sənədi imzalamışdı. Xarici işlər naziri Abbas Araqçi həmin vaxt bildirmişdi ki, qanun qarşılıqlı təmasların tamamilə bloklanmasına səbəb olmur.

 

Qeyd edək ki, sentyabrın 9-da Qahirədə BAEA Baş direktoru Rafael Qrossi və Abbas Araqçi İran və BAEA arasında əməkdaşlığın bərpası barədə yeni saziş imzalayıblar. Abbas Araqçi bildirib ki, yeni razılaşma hər iki tərəfin tələblərinə cavab verir, lakin İrana qarşı hər hansı düşmənçilik addımı atılacağı təqdirdə bütün əlaqələr dərhal kəsiləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.