Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın fevralın 16-da bu ölkəyə hücum edəcəyi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, V. Zelinski bu gün keçirdiyi brifinqdə deyib ki, bu barədə 100 faiz dəqiq məlumatı olan varsa, bu informasiyanı rəsmi Kiyevə təqdim etsin.
Ukrayna Prezidenti belə informasiyanın dəqiq və geniş analizinin aparılacağını vurğulayıb: “Bu gün mediada genişmiqyaslı müharibə ilə bağlı həddən çox informasiyalar var. Mən daim kəşfiyyatdan böyük həcmdə məlumat, eyni zamanda ABŞ və müttəfiqlərinin mesajlarını alıram. Mən bizə təqdim olunan bütün informasiyaları analiz etməliyəm. Bizdə çoxlu informasiya var, çünki bu, bizim sərhədlər, bizim ərazidir. Mən vətəndaşlara Prezident kimi həqiqəti deməliyəm. Həqiqət isə odur ki, bizdə müxtəlif informasiyalar var. Təlaşa xidmət edən informasiyalar bizə kömək etmir”.
Xatırladaq ki, “Politico” qəzeti öz mənbələrinə istinadən, dünən ABŞ Prezidenti Co Baydenin Qərb ölkələrinin liderləri ilə videokonfrans formatında görüşündə fevralın 16-da Rusiyanın Ukraynaya hücum edəcəyini söylədiyini yazıb.