İsraildə İrana işləyən gənc tutuldu

İsrailin Qüds dairə məhkəməsi 22 yaşlı ultraortodoks yəhudi Elimelex Şterni İran kəşfiyyatına işləməkdə təqsirli bilib.

 

Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

 

İstintaqın gedişində müəyyən olunub ki, Ştern “Telegram” vasitəsilə iranlı agentlə əlaqə saxlayıb, ondan tapşırıqlar alıb və ödənişi kriptovalyuta ilə əldə edib. Onun fəaliyyətləri sırasında siyasi plakatların yapışdırılması və pul çatdırılması olub.

 

Məlumata görə, ona, həmçinin meşə yandırmaq və qətl törətmək kimi tapşırıqlar da verilib. Ştern bu təhlükəli göstərişləri yerinə yetirməkdən imtina etsə də, qalan tapşırıqların əksəriyyətini qəbul edib.

 

İstintaq həmçinin Şternin bu fəaliyyətlərə iki başqa israillini də cəlb etdiyini üzə çıxarıb. Məhkəmə bildirib ki, təqsirləndirilən şəxs əlaqələrinin düşmən xarakteri daşıdığını dərk edib.

 

Cəzanın növü və müddəti barədə qərar hələ elan olunmayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.