Rusiya ABŞ Prezidenti Donald Trampın sülh çağırışlarına reaksiya vermir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.
"Biz Prezident Trampın qətllərə son qoyulması ilə bağlı mövqeyini eşidirik və diplomatiyanı blokdan çıxarmaq üçün bütün təkliflərə razılıq vermişik. Lakin görünür, Rusiyada bu mövqe eşidilmir", - o bildirib və Rusiyanın PUA hücumlarının davam etməsinin buna sübut olduğunu qeyd edib.
V.Zelenskinin sözlərinə görə, dünən axşamdan etibarən Ukrayna ərazisinə təxminən 90 zərbə dronu ilə hücum edilib, nəticədə Kiyevdə ictimai nəqliyyat infrastrukturu zədələnib.
O vurğulayıb ki, Rusiyanın da diplomatiyaya razılıq verməsi üçün qətiyyətli addımlar atılmalıdır.
Qeyd edək ki, dünən Tramp bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin həlli məsələsində "onu məyus edib".