Ərdoğan Yunanıstanın Baş naziri ilə görüşəcək:
HANSI MESAJI VERƏCƏKLƏR?

Yunan mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin sentyabrın 23-də Nyu-Yorkda görüşəcəklərini yazıb.

 

“Kathimerini” qəzetinin iddiasına görə, Ərdoğan və Mitsotakis Birləşmiş Millətlər Təşkilatının 80-ci sessiyası zamanı görüşəcəklər.

 

Qəzet yazır ki, bu məlumat Afina hökumətindəki mənbələr tərəfindən də təsdiqlənib.

 

Bildirilib ki, Ankara ilə Afina arasında münasibətlərdə gərginlik artsa da, tərəflər son vaxtlar diplomatik təmasları intensivləşdiriblər. Həmçinin görüşdən böyük nəticələr gözlənilməsə də, Mitsotakis danışıqlardan sonra sakitlik və sabitlik mesajı verə bilər.

 

Qəzet, həmçinin BMT-nin Nyu-Yorkdakı sessiyası çərçivəsində Ankara və Afina arasında daha bir yüksək səviyyəli görüşün keçirilə biləcəyini yazıb.

 

Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritisin də eyni tədbir çərçivəsində görüşməsi ehtimal olunur.(Publika.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.